İran Prezidenti Məsud Pezeşkian regiondakı “həm müharibə, həm də sülh deyil” vəziyyətindən çıxış yolu tapmaq və ölkənin gələcəyini qorumaq məqsədilə irəliləməli olduğunu bildirib. Pəzəşkian qeyd edib ki, müharibə İranın maraqlarına uyğun olmasa da, ölkənin ləyaqəti və ərazisi təhdid olunarsa, geri çəkilmək mümkün deyil. Prezident vurğulayıb ki, böhran və müharibə şəraitində ölkənin idarə olunması çətinliklərlə doludur və bu çətinliklərin öhdəsindən gəlmək üçün cəmiyyətin bütün təbəqələrinin birlik və əməkdaşlıq içində olması vacibdir. O əlavə edib ki, İran dəyər və ləyaqətini qoruyaraq regionda sabitliyi təmin etməli və gələcək nəsillər üçün dayanıqlı mühit yaratmalıdır.
#böhran
İranda davam edən şiddətli quraqlıq fonunda hökumət yağış ehtimalını artırmaq üçün hava məkanında pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək genişmiqyaslı bulud toxumlama əməliyyatlarına başlayıb. Bu barədə İranın energetika naziri Abbas Aliabadi parlamentdə çıxışı zamanı məlumat verib.
Nigeriyada 161 milyon insan ərzaq çatışmazlığı təhlükəsi ilə üz-üzədir.
BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında səhiyyə sisteminin tamamilə çökmə təhlükəsi ilə üz-üzə olduğunu açıqlayıb.