ABŞ Suriyanı 47 ildən sonra terroru dəstəkləyən ölkələr siyahısından çıxarıb. Bununla da Vaşinqtonun bu siyahısında İran, Şimali Koreya və Kuba olmaqla üç ölkə qalıb. Siyahının ən uzunmüddətli üzvü İrandır. Vaşinqton Tehranın regional silahlı qruplara dəstəyini əsas gətirərək İranı 19 yanvar 1984-cü ildə siyahıya daxil edib.
#Kuba ABŞ münasibətləri
ABŞ dövlət katibi Mark Rubio bildirib ki, Kuba hökuməti ilə diplomatik yolların nəticə verməsi çətin görünür və adadakı sosialist hökumətinin ABŞ üçün təhlükəsizlik riskləri yaratdığı vurğulanıb. Bu, adanın keçmiş lideri Raul Kastroya qarşı cinayət ittihamlarının açıqlanmasından sonra yaranan yeni təhlükə kimi qiymətləndirilir.
Kuba Prezidenti Migel Diaz-Kanel bəyan edib ki, əgər Amerika Birləşmiş Ştatları ölkəsinə qarşı hər hansı təcavüzə əl atarsa, bunun Vaşinqton üçün ağır "nəticələri" olacaq. Diaz-Kanel bazar ertəsi yayımlanan televiziya çıxışında qeyd edib ki, "təcavüzün qarşısını almağın ən yaxşı yolu imperializmi ölkəmizə hücum edəcəyi təqdirdə ödəyəcəyi bədəli hesablamağa məcbur etməkdir. Bu isə birbaşa bizim bu cür hərbi əməliyyatlara hazırlıq səviyyəmizlə bağlıdır".