#hərbi xidmət

İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərin həbsini məhdudlaşdıran qanunun icrasını dayandırıb. Qanun hərbi xidmət yaşında olan dini təhsil müəssisələrinin tələbələrinin noyabrın 30-dək həbs olunmamasını nəzərdə tuturdu. Məhkəmə bu sənədin yalnız əhalinin müəyyən bir hissəsinə şamil edildiyini əsas gətirərək onun tətbiqini dayandırıb. Bildirilib ki, qanunla bağlı şikayətlərə qısa müddətdə baxılacaq. Ultraortodoks icmasının rəhbərləri uzun illərdir məcburi hərbi xidmətə qarşı çıxırlar. Onlar bunun dini təhsilə və icmanın həyat tərzinə zərər vurduğunu bildirirlər. Məsələ İsraildə siyasi və hüquqi müzakirələrin əsas mövzularından biri olaraq qalır. Qərarın seçkilər öncəsi siyasi proseslərə də təsir göstərə biləcəyi qeyd olunur.

İsrailin Baş naziri Benyamin Netanyahu orduda yaranmış kadr çatışmazlığı səbəbindən məcburi hərbi xidmət müddətinin uzadılmasının gündəmə gətiriləcəyini açıqlayıb. Netanyahu qeyd edib ki, yəhudilər üçün müqəddəs sayılan Pesah (Həmdənsiz çörək bayramı) bayramından sonra məcburi hərbi xidmətlə bağlı yeni qanun layihəsi və xidmət müddətinin artırılması məsələsi müzakirəyə çıxarılacaq.

İyunun 30-dək 18–27 yaş arası 21 mindən çox vətəndaş Silahlı Qüvvələrə, Milli Qvardiyaya, Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə, Fövqəladə Hallar Nazirliyinə və Dövlət Mühafizə Xidmətinə göndəriləcək. Çağırış vərəqələri vətəndaşlara SMS mesajlar və eGov portalı vasitəsilə ən azı üç gün əvvəl göndərilir. Bu bildiriş rəsmi çağırış sayılır və vətəndaşların hərbi komissarlıqlara vaxtında müraciət etməsi tələb olunur.

Müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli Qanunu qəbul edilmişdir.