#Ərəb və İslam ölkələri Qəzza üzrə Sülh Şurasına qoşulur

Bir sıra ərəb və İslam ölkələri ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza üzrə “Sülh Şurası”na qoşulmaq barədə birgə qərar qəbul edib. Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri yaydıqları birgə bəyanatda ölkələrinin “Sülh Şurası”na üzv olmaq qərarını açıqlayıblar. Bildirilib ki, hər bir dövlət üzvlüklə bağlı sənədləri öz milli hüquqi prosedurlarına uyğun şəkildə imzalayacaq. Qeyd edək ki, Misir, Pakistan və Birləşmiş Ərəb Əmirlikləri bu qərarı daha əvvəl elan etmişdi.