Suriya Prezidenti Əhməd əş-Şəraa Türkiyənin ev sahibliyi etdiyi Antalya Diplomatiya Forumu çərçivəsində verdiyi geniş müsahibədə ölkəsinin 14 illik daxili müharibədən sonra yeni dövrə qədəm qoyduğunu elan edib. VOA xəbər verir ki, o İsrail ilə təhlükəsizlik müzakirələrindən tutmuş, Türkiyə ilə strateji tərəfdaşlığa və regional enerji layihələrinə qədər mühüm strateji mesajlar verib.
#QSD gedir
Xidmət başa çatıb. QSD bu gün ABŞ-nin Əfqanıstanda istifadə edib sonra tərk etdiyi yerli müttəfiqlərin taleyinə doğru sürüklənir. Dünən Vaşinqton əfqan tərəfdaşlarını satdı, bu gün isə eyni siyasi mexanizmlə QSD-ni də taleyin ümidinə buraxır. Bu, təsadüf deyil, ABŞ xarici siyasətinin sistemli davranış modelidir.