#ABŞ-Avropa münasibətlərində Qrenlandiya gərginliyi

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen, ABŞ Prezidenti Donald Trampın adaya tibbi yardım məqsədilə xəstəxana gəmisi göndərmək təklifinə sərt reaksiya verib. Nilsen, Trampın sosial mediada təsadüfi paylaşımlar etmək əvəzinə, rəsmi kanallar vasitəsilə birbaşa dialoqa keçməli olduğunu bildirib. Baş nazir Trampın "Truth Social" hesabından etdiyi təklifə qısa və kəskin cavab verib: "Bizdən bir 'xeyr' cavabı gəldi."

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində ABŞ nəzarətinə qarşı çıxan Avropa müttəfiqlərinə qarşı iqtisadi təzyiqləri artırmaq niyyətində olduğunu bəyan edib.Donald Tramp “Truth Social” platformasında yaydığı açıqlamada Danimarka, Finlandiya, Fransa, Almaniya, Norveç, İsveç, Niderland və Böyük Britaniyaya qarşı tariflərin tətbiq ediləcəyini bildirib. Prezidentin sözlərinə görə, fevralın 1-dən etibarən bu ölkələrə 10 faiz həcmində gömrük rüsumları qüvvəyə minəcək, iyunun 1-dən isə tariflər 25 faizə yüksələcək. Tramp qeyd edib ki, bu tədbirlər ABŞ-ın Qrenlandiyanı əldə etməsi ilə bağlı razılaşma əldə olunana qədər davam edəcək.