Suriya Daxili İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib ki, Mərvan əl-Əli, Həsəkə üzrə Daxili Təhlükəsizlik Komandanı, şəhərə giriş ərəfəsində bölmələrə konkret göstərişlər verib. O, təhlükəsizlik tapşırıqlarının əvvəlcədən təsdiqlənmiş planlar əsasında, qanunvericiliyə tam uyğun, ciddi intizam çərçivəsində icra edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, ictimai asayişin qorunması, vətəndaşların, eləcə də dövlət və özəl mülkiyyətin təhlükəsizliyinin təmin olunmasının prioritet olduğu qeyd edilib.
#Suriya ordusu irəliləyir
Suriya ordusu ölkənin şimalında təhlükəsizlik əməliyyatlarını genişləndirdiyi bir vaxtda, Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərdə infrastruktur obyektlərinə qarşı partlayışların baş verdiyi bildirilir.Suriya Ordusu Əməliyyatlar Komandanlığının terror fəaliyyətlərinin qarşısının alınması məqsədilə başladığı əməliyyatlar fonunda, Hələb istiqamətindən geri çəkilən SDQ qüvvələrinin mümkün irəliləyişləri ləngitmək üçün körpüləri partlatdığı qeyd olunur.