Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Hasil Vasif oğlu Abbasov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
#Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi
Yanvarın 5-dən etibarən "Xaçmaz KOB evi"ndə yeni xidmətlər göstərilməyə başlanıb. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən təqdim edilən vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi, peşə hazırlığına cəlb olunma, özünüməşğulluq proqramına müraciət, əmək yarmarkalarının təşkil edilməsi, işsizlikdən sığorta ödənişinin təyin edilməsi və s. kimi məşğulluq xidmətlərinə müraciətlərin qəbulu artıq "Xaçmaz KOB evi"ndə həyata keçiriləcəkdir. Bu xidmətlərdən istifadə etmək istəyən şəxslər DMA-nın "Xaçmaz KOB evi"ndə fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər.
Ölkəmizdə həssas əhali qruplarından olan vətəndaşlarla bağlı icra olunan mühüm sosial proqramlardan biri də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramıdır. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib: “Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmişdir. Burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə yoxdur”.
Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı sahəsində mühüm işlər aparılır. Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində bu sahədə aparılan işləri də qeyd edərək deyib: “Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-Sosial portalında vətəndaşlara xidmət keyfiyyətinin artırılması məqsədilə süni intellekt əsaslı “iDost” rəqəmsal köməkçi xidməti istifadəyə verilib. Platformanın əsas səhifəsində yerləşən “iDost” bölməsi vasitəsilə vətəndaşlar saytın menyusunda axtarış aparmadan, sadəcə istəklərini yazmaqla müvafiq elektron xidmətlərə birbaşa keçid edə və ya həmin xidmətlər barədə ətraflı məlumatlana bilirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin bu il ikinci mərhələsinə (2026 – 2029-cu illər) başlanacaq. “Məşğulluğa Dəstək Layihəsi”nin 2020-2025-ci illəri əhatə edən ilkin mərhələsində 22 min işsiz şəxsin özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulsa da, layihənin uğurlu icrası nəticəsində ümumilikdə 26,7 min nəfər bu layihəyə cəlb edilib. Növbəti mərhələdə daha 30 min nəfərin kiçik bizneslərin qurmasına dəstək göstərilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür. Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335200 nəfər ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 115 mənzil verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 115 mənzil verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir. Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 7817 şəxsin məşğulluğu təmin edilib.
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri də qeyd edilən şəxslərin məşğulluğunun təminatıdır.
107 il əvvəl, 1918-ci ilin 26 dekabrında Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayan Nazirlik həmin dövrdə işçilərin əmək haqlarının, müavinətlərin ödənilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi və s. sahələrdə bir sıra tədbirlər həyata keçirib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin yanvar-noyabr aylarında əlilliyi olan 40,6 min uşağa xidmətlər göstərilib.