Pakistanın paytaxtı İslamabadda, 6 fevral tarixində cümə namazı zamanı şiə icmasına məxsus İmam Bargah məscidində törədilən terror aktı nəticəsində həyatını itirənlərin sayı 38-ə çatıb. Pakistan Tibb Elmləri İnstitutu (PIMS) və digər xəstəxanalardan alınan məlumatlara görə, partlayışdan sonra ağır yaralı halda müalicə alan bəzi şəxslərin vəfat etməsi itkilərin sayını artırıb. Tibbi rəsmilər bir çox yaralının vəziyyətinin hələ də kritik olduğunu və ölü sayının daha da arta biləcəyini qeyd ediblər.
#İslamabad–Tehran münasibətləri
Pakistanın paytaxtı İslamabadda bir məsciddə güclü partlayış baş verib. Hadisənin Cümə namazı vaxtı törədildiyi bildirilir. Polisin verdiyi məlumata görə, terror aktı nəticəsində azı 31 nəfər həyatını itirib, 169-dan çox insan isə yaralanıb. Hüquq-mühafizə orqanlarının açıqlamasına əsasən, hadisə paytaxtın cənub-şərqində yerləşən Tarlai bölgəsində qeydə alınıb. Partlayış şiələrə məxsus olduğu bildirilən İmam Barqah məscidində, dindarların ən sıx olduğu vaxtda — Cümə namazı zamanı baş verib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Andrabi bəyan edib ki, İslamabad İranın daxili işlərinə hər hansı xarici müdaxiləni qəti şəkildə rədd edir və bu məsələdə prinsipial mövqe nümayiş etdirir. Andrabi bildirib ki, Pakistan diplomatik dialoqun davam etdirilməsini və İranın nüvə sazişinin bərpasını dəstəkləyir.