#Venesuela hələ başlanğıcdır: ABŞ qlobal nizamı sökür

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim edən bir paylaşım edib. Tramp özünə məxsus Truth Social platformasında Vikipedia məlumatlarına bənzədilmiş bir vizual paylaşıb. Həmin şəkildə Trampın fotosunun altında "Venesuelanın müvəqqəti prezidenti" ifadəsi yer alıb. ŞƏkildə həmçinin "2026-cı ilin yanvarından etibarən vəzifədədir" qeydi və vitse-prezident qismində Ceyms Devid Vensin adı qeyd olunub.

ABŞ-da Venesuela Prezidenti Nikolas Maduronun zorla saxlanılması, Vaşinqtonun Venesuela üzərində “müvəqqəti idarəetmə” ritorikası və qonşu ölkələrə mümkün güc tətbiqinə dair eyhamlar ABŞ-ın regiona yanaşmasında kəskin dönüşü göstərir. Donald Tramp administrasiyası bu addımları narkotik ticarəti və “narko-terrorizm”lə mübarizə çərçivəsində əsaslandırır. Bununla belə, baş verənlər Birləşmiş Millətlər Təşkilatının çərçivəsindən kənar güc tətbiqi ilə bağlı presedent müzakirələrini gücləndirir və regionda təhlükəsizlik balansına dair suallar yaradır.