#Cenevrə-2017: Zenvo-nun 10 illik xüsusi TS1 GT modeli

Zenvo Automotive şirkəti TS1 GT 10th Anniversary modelini 2017-ci ildə keçirilən 87-ci Cenevrə Beynəlxalq Avtomobil Sərgisi çərçivəsində təqdim edib. Avtomobil şirkətin 10 illiyini qeyd etmək üçün xüsusi olaraq hazırlanmış, tək nüsxə (one-off) və tam fərdiləşdirilmiş (bespoke) TS1 GT-dir. Zenvo bu modeli Danimarkadakı qurucuların və markanın irsini əks etdirəcək şəkildə spesifikasiya edib və istehsal edib. Tarixi TS1 GT-yə qədim Skandinaviya mifologiyasında Şimal tanrılarının hökmdarı “Odin”-in mindiyi səkkizayaqlı atın şərəfinə “Sleipnir” adı verilib. Mifologiyaya görə Sleipnir “tanrılar və insanlar arasında ən sürətli və ən yaxşı at” sayılırdı.