#Səudiyyə Ərəbistanında hərbi manevrlər

Fars Körfəzi Əməkdaşlıq Şurasına (GCC) üzv ölkələrin silahlı qüvvələri Səudiyyə Ərəbistanında genişmiqyaslı birgə hərbi təlimlərə başlayıb. Fars Körfəzi Əməkdaşlıq Şurası çərçivəsində keçirilən manevrlərlə bağlı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi bildirib ki, təlimlərdə Şuraya üzv bütün dövlətlərin qüvvələri iştirak edir. Məqsəd döyüş hazırlığını yüksəltmək, birgə əməliyyatların planlaşdırılması və icrasında inteqrasiyanı dərinləşdirməkdir.