#Asiya tarixi

5 yanvar 1976-cı ildə Kambocada hakimiyyətdə olan “Qırmızı kxmerlər” hərəkatının lideri Pol Pot yeni konstitusiyanın qəbul edildiyini elan edib. Həmin sənədə əsasən ölkənin adı Kampuçiya olaraq dəyişdirilib və kommunist idarəetmə rəsmi şəkildə qanuniləşdirilib. Bu qərar Kamboca tarixində ən faciəli dövrlərdən birinin başlanğıcı olub. Növbəti üç il ərzində Pol Pot rejiminin həyata keçirdiyi siyasət nəticəsində 1–2 milyon insan aclıq, xəstəlik, məcburi əmək və kütləvi qətllər səbəbindən həyatını itirib.