#ABŞ Maduro iddiası ilə Noriega və Saddam presedentini yenidən gündəmə gətirdi

ABŞ Prezidenti Donald Trampın Venesuela Prezidenti Nicolas Maduro və onun həyat yoldaşı Cilia Floresnin ABŞ qüvvələri tərəfindən saxlanıldığını iddia etməsi beynəlxalq aləmdə ciddi suallar doğurub. Rəsmi Karakas bu məlumatı təsdiqləməyib və Vaşinqtondan sübut tələb edir. Venesuelanın vitse-prezidenti Delcy Rodriguez dövlət televiziyasında yayımlanan müraciətində hökumətin Maduro və Floresin harada olduğu barədə məlumatının olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ tərəfi onların sağ qalmasına dair rəsmi dəlillər təqdim etməlidir.