#ABŞ Maliyyə Nazirliyi Venesuela şirkətini sanksiya siyahısına saldı

ABŞ hökuməti İran istehsalı pilotsuz uçuş aparatlarının (PUA) əldə edilməsi ilə bağlı Venesuela ilə əməkdaşlıqda ittiham olunan Venesuela şirkətinə qarşı sanksiyalar tətbiq edib.ABŞ Maliyyə Nazirliyi sanksiyaları Venesuelanın Empresa Aeronáutica Nacional S.A. (EANSA) şirkətinə yönəldib. Nazirliyin açıqlamasında bildirilib ki, sözügedən şirkət ABŞ sanksiyaları altında olan İranın Qods Aviation Industries müəssisəsi tərəfindən layihələndirilmiş pilotsuz uçuş aparatlarının Venesuelada yığılmasına və texniki nəzarətinə cavabdehdir.