Türkiyə ilə İspaniya arasında müdafiə sənayesi sahəsində mühüm ixrac müqaviləsi imzalanıb. Türkiyənin ilk milli reaktiv təlim təyyarəsi HÜRJET üçün İspaniya ilə 30 ədədlik, 2,6 milyard avro dəyərində müqavilə bağlanıb. Bunu Türkiyə Respublikasının Müdafiə Sənayesi rəhbəri Haluk Görgün sosial şəbəkə hesabında açıqlayıb.