#Müdafiə sənayesində dönüş nöqtəsi: HÜRJET İspaniya inventarında

Türkiyənin ilk reaktiv mühərrikli təyyarəsi olan HÜRJET-in İspaniyaya ixracı ilə beynəlxalq bazarların qapısı açılıb. Hazırda bir neçə ölkə və potensial tərəfdaşla danışıqlar davam etdirilir. HÜRJET İspaniya Hərbi Hava Qüvvələrinin inventarında olan və istismar müddətini başa vuran F-5 (AE.09) təyyarələrini əvəz edəcək.