#Qəzza sülh missiyası

Yaxın Şərqdə illərdir davam edən qarşıdurmalar bir daha göstərir ki, sülh yalnız silahların susması ilə deyil, düşünülmüş diplomatiya, etimad və uzunmüddətli təhlükəsizlik mexanizmləri ilə mümkündür. Münaqişə ocaqlarında sabitliyin bərqərar olunması prosesində hər dövlətin rolu onun siyasi çəkisi, beynəlxalq etibarı və praktiki təcrübəsi ilə ölçülür. Məhz bu kontekstdə Azərbaycanın Qəzza ilə bağlı mümkün sülhyaratma təşəbbüsləri ətrafında aparılan müzakirələr təkcə regional deyil, qlobal miqyasda diqqət çəkən bir mövzuya çevrilib. Rəsmi Bakının ehtiyatlı, ölçülüb-biçilmiş və beynəlxalq hüquqa əsaslanan yanaşması isə bu məsələdə emosional deyil, rasional mövqenin üstün tutulduğunu göstərir. Bəs Azərbaycan ordusunun sülhməramlı qüvvələrinin Qəzzada olmasına mane olan nədir? Qəzza üçün alternativ sülhməramlı missiyası hansı dövlətə məxsusdur?