Osmanlıların dördüncü hökmdarı I Bəyaziddən həm Osmanlı, həm də Qərb mənbələrində “İldırım” kimi bəhs edilir. Bəzi fransız yazıçıları bu ləqəb əvəzinə “L’Eclair” sözündən istifadə edirlər. Sultanın şahzadə olduğu dövrdən qatıldığı döyüşlərdə göstərdiyi cəsarət və çevik hərəkətlərə görə ona verilən bu ləqəbin məhz nə vaxt və hansı münasibətlə istifadə olunmağa başlaması ilə bağlı müxtəlif fikirlər var.
#niyə II Bəyazid?
Fatih Sultan Mehmedin ömrü müharibələrlə keçmişdi və o, ondan əvvəlki bir çox hökmdarın hətta xəyal belə edə bilmədiyi işləri həyata keçirmişdi. Xüsusilə İstanbulun fəthi və digər uğurları sayəsində xalq arasında böyük nüfuza malik idi. Lakin yürüdülən sərt maliyyə siyasəti ölkədə ümumi narazılıq yaratmışdı.