#Körfəz təhlükəsizliyi

Küveyt İran İnqilabı Keşikçiləri Korpusunun üzvlərinin ölkəyə qanunsuz daxil olmağa cəhd etdiyini iddia edərək İran səfirinə rəsmi etiraz notası təqdim edib. Rəsmi Küveyt hadisəni suverenliyə qarşı açıq pozuntu adlandırıb və Tehranı “düşmənçilik xarakterli fəaliyyətləri” dərhal dayandırmağa çağırıb.

Bəhreyn Daxili İşlər Nazirliyi İran İnqilab Keşikçiləri Korpusu və “Vilayəti-Fəqih” ideologiyası ilə əlaqəli olduğu bildirilən təşkilatın ifşa edildiyini və 41 nəfərin saxlanıldığını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda təhlükəsizlik orqanlarının uzunmüddətli araşdırmalar, təhlükəsizlik hesabatları və prokurorluq tərəfindən aparılan istintaq tədbirləri nəticəsində sözügedən şəbəkəni müəyyən etdiyi bildirilib.

Səudiyyə Ərəbistanının 2025-ci ildə həyata keçirdiyi xarici siyasət ölkənin regional və beynəlxalq proseslərdə iştirakını, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlıq mexanizmlərini əhatə edib. Riyadın bu dövrdə əsas diqqət yetirdiyi məsələlər arasında Qəzza zolağındakı müharibə ilə bağlı diplomatik təşəbbüslər, məcburi köçürmələrə qarşı mövqe, iki dövlətli həll konsepsiyası, Fələstin dövlətinin yaradılmasına dair çağırışlar, Suriya üzrə humanitar və siyasi addımlar, həmçinin regional təhlükəsizlik, o cümlədən Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) çərçivəsində təhlükəsizlik məsələləri yer alıb. Eyni zamanda ABŞ və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da davam etdirilib.