#Afrika siyasəti

Uqanda Müdafiə Qüvvələrinin yüksək rütbəli komandirlərindən biri Muhoozi Kainerugabanın Türkiyəyə dair sosial şəbəkə paylaşımı beynəlxalq diqqətə səbəb olub. O, X platformasında etdiyi açıqlamada Türkiyə haqqında yazmağı dayandırdığını bildirərək, “bir neçə paylaşım ilə onları fəth etdim” kimi ifadələr işlədib. Bu sözlər xüsusilə diplomatik çevrələrdə qeyri-adi və provokativ bəyanat kimi qiymətləndirilir.

Seneqalda seçki qanununa edilən son dəyişikliklər ölkədə ciddi siyasi gərginliyə və parçalanmaya səbəb olub. Ölkə parlamenti tərəfindən qəbul edilən dəyişikliklər hakimiyyət tərəfindən “tarixi ədalətin bərpası” kimi təqdim edilsə də, müxalifət bunu “bir nəfərə uyğunlaşdırılmış qanun” kimi qiymətləndirir.

Malidə baş verən son hadisələr, xüsusilə müdafiə naziri Sadio Kamaranın öldürülməsi, ölkənin siyasi və hərbi sistemində dərin dəyişikliklərin baş verdiyini göstərir. Bu hadisə yalnız bir yüksək vəzifəli şəxsin aradan götürülməsi kimi deyil, həm də hakimiyyət daxilində balansın pozulması və dövlətin təhlükəsizlik strukturunun sarsılması kimi qiymətləndirilməlidir. Son illərdə hərbi çevrilişlər nəticəsində formalaşmış idarəetmə modeli onsuz da qeyri-sabit idi və bu cür zərbə həmin qeyri-sabitliyi daha da dərinləşdirir.

Sudanın Suveren Şurasının sədri Abdel Fəttah əl-Burhan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə dekabrın 25-də Türkiyəyə işgüzar səfər edəcək. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesablarında paylaşım edib. Məlumata əsasən, səfər çərçivəsində keçiriləcək danışıqlarda Türkiyə ilə Sudan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, Sudandakı son hadisələr və ölkədəki humanitar vəziyyət müzakirə olunacaq.