#Dövlət və hökumət qurumları

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya, dünən gecə Ankarada baş verən təyyarə qəzası ilə bağlı açıqlama verib. Nazir bildirib ki, Liviya heyətini daşıyan təyyarə texniki problem barədə məlumat verdikdən sonra qəzaya uğrayıb. “Saat 21:32-də texniki nasazlıq səbəbindən geri dönəcəyi bildirildi. Lakin saat 21:52-də Haymana ərazisində təyyarə ilə əlaqə tamamilə kəsildi.” - deyə Yerlikaya qeyd edib. Hadisə yerinə dərhal AFAD, Polis, Sağlamlıq və UMKE əməkdaşları göndərilib. Axtarış-xilasetmə işləri Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə Hərbi Hava Qüvvələri Komandanlığı koordinasiyasında aparılıb.