Türkiyənin xarici işlər naziri Hakan Fidan rəsmi səfər çərçivəsində Cənubi Koreyanın paytaxtı Seulda bu ölkənin xarici işlər naziri Cho Hyun ilə görüşüb. Diplomatik mənbələrin məlumatına görə, tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Səfər çərçivəsində Hakan Fidan Seul şəhərində yerləşən Koreya Respublikasının Hərbi Memorialı kompleksini də ziyarət edərək abidə önünə əklil qoyub.
#regional enerji layihələri
“Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or ilə videokonfrans formatında keçirdiyimiz görüş zamanı Azərbaycan - ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektlərini, enerji və biznes sahəsində əməkdaşlığın strateji əhəmiyyətə malik olduğunu vurğuladıq. Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanlarını müzakirə etdik”, - məlumatda qeyd edilib.