#Donald Tramp

BMT Baş Assambleyasının 80 illik yubiley sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilib. Liderlər iki ölkə arasındakı strateji əməkdaşlığın genişləndirilməsi və gündəmdəki beynəlxalq məsələləri müzakirə ediblər.

ABŞ-ın Ankara səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib ki, Suriya və İsrail “gərginliyi azaltmaq barədə razılığa yaxınlaşıblar”. Haaretz qəzetində yer alan xəbərə görə, Barak Birləşmiş Millətlər Təşkilatında (BMT) bir qrup jurnalistə Suriya ilə İsrail arasında yeni təhlükəsizlik razılaşmasının imzalanması üçün aparılan danışıqlar barədə fikirlərini bölüşüb. Barrack Suriya ilə İsrailin “gərginliyi azaltmaq barədə razılığa yaxın olduqlarını” bildirib.

ABŞ Prezidenti Donald Tramp, BMT Baş Assambleyasının kənar çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya, İndoneziya və Pakistan liderləri ilə toplantı keçirəcək. Tramp bu görüşdə Qəzzədə atəşkəsin əldə olunması, müharibədən sonrakı idarəetmə və İsrailin bölgədən çəkilməsi ilə bağlı təkliflər təqdim etməyi planlaşdırır. Bu barədə məlumat verən Ağ Evin Mətbuat Katibi Karoline Leavitt, jurnalistlərə açıqlamasında Trampın bu gün adıçəkilən ölkələrin liderləri ilə mühüm görüş keçirəcəyini bildirib.

ABŞ Hava Qüvvələri Komandanı David Allvin, Air & Space Forces Association-un 2025 Hava, Kosmos və Kiber Konfransında çıxış edərək F-47 proqramı ilə bağlı məlumat verib. O xatırladıb ki, mart ayında ABŞ Prezidenti Donald Tramp, Yeni Nəsil Hava Hakimiyyəti (NGAD) proqramının insanlı qırıcı komponentini istehsal etmək üzrə tenderdə qalibin Boeing olduğunu açıqlamışdı.

ABŞ-da keçirilən tədbirdə çıxış edən Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, ABŞ-ı Türkiyənin həm mühüm ticarət tərəfdaşı, həm də strateji müttəfiqi kimi dəyərləndirib. Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşün bölgə və dünya üçün faydalı olacağına ümid etdiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp, Əfqanıstandakı Beqram Hava Bazasını yenidən ələ keçirmək və burada kiçik bir ABŞ hərbi kontingenti yerləşdirmək üçün danışıqların davam etdiyini bildirib. ABŞ Prezidenti Tramp, Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada Beqram Hava Bazası ilə bağlı fikirlərini bir daha səsləndirib. O, Co Bayden administrasiyasının bazanı tərk etməsini “boş yerə” və “bacarıqsızlıq” kimi qiymətləndirərək "Beqramda nə baş verəcəyini görəcəyik. Onu geri almaq üçün Əfqanıstanla danışıqlar aparırıq. Oranı heç vaxt tərk etməməli idik."- deyə qeyd edib.

ABŞ Prezidenti Donald Tramp, cümə günü Çin Prezidenti Si Cinpinlə telefon danışığı apararaq TikTok-un ABŞ-da fəaliyyətini davam etdirməsinə imkan verəcək razılaşmanı yekunlaşdırmağı planlaşdırır. ABŞ lideri Çin ilə münasibətlərin “çox yaxşı” olduğunu vurğulasa da, Avropa ölkələrinin Pekinə qarşı daha yüksək gömrük rüsumları tətbiq etməsi halında Rusiyanın Ukraynadakı müharibəsini dayandıra biləcəyini iddia edib.

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzaya başlatdığı genişmiqyaslı quru əməliyyatını “özünümüdafiə” adlandırıb. Tramp çıxışında deyib: “Əgər onlar belə etsələr, böyük bir bəlaya düşəcəklər. Yenə də böyük bəlaya düşəcəklər”. O, HƏMAS-ın girovları “mağaralardan və dərin tunellərdən” hərəkət etdirdiyini iddia edərək bu metodları “əsrlərdir görünməmiş vəhşilik” adlandırıb.

Tramp, Vaşinqtonun Demokrat meri Müriel Bouserin ABŞ Miqrasiya və Gömrük Nəzarəti Xidməti (ICE) ilə əməkdaşlıq etməyəcəyini açıqlamasından sonra, lazım gələrsə, fövqəladə vəziyyət elan edəcəyini və federal idarəetməyə keçəcəyini bildirib. ABŞ Prezidenti Donald Tramp, ABŞ mənşəli sosial media platforması Truth Social hesabında Vaşinqtondakı cinayət səviyyəsi və Bouserin açıqlamaları ilə bağlı paylaşım edib.