#Donald Tramp

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığında nüvə silahları mövzusunun gündəmə gəldiyini bildirib. Ağ Evdə açıqlama verən Tramp deyib ki, Putin söhbət zamanı nüvə gərginliyinin azaldılması barədə danışıb. “Prezident Putin telefon danışığında mənə nüvə silahları ilə bağlı gərginliyin azaldılmasından bəhs etdi. Mənim üçün bu, problem deyil. Əksinə, bunun yaxşı və uyğun bir addım olduğunu düşünürəm,” – deyə Tramp bildirib.

ABŞ Prezidenti Donald Tramp, Budapeştdə keçirilməsi planlaşdırılan, lakin ləğv edilən Rusiya Prezidenti Vladimir Putinlə görüşü barədə danışıb. Tramp, NATO Baş katibi Mark Rutteni Ağ Evdə qəbul edərkən mətbuat nümayəndələrinin suallarını cavablandırıb və gündəmi dəyərləndirib. O, Putinlə keçirilməsi gözlənilən, lakin son anda ləğv olunan sammitlə bağlı açıqlama verib. “Prezident Putinlə olan görüşü ləğv etdim, çünki mənə doğru gəlmədi. Qarşımıza qoyduğumuz məqsədə çata biləcəyimizi düşünmədim. Buna görə ləğv etdim, amma gələcəkdə bu görüş baş tutacaq.” - deyə Tramp qeyd edib.

ABŞ Administrasiyası Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddanın Ağ Evə gəlişinə hazırlaşır. Səfər noyabrın 17-19-na planlaşdırılıb. Hazırda Prezident Donald Tramp və vəliəhd şahzadənin səfər zamanı imzalaya biləcəkləri sazişlər paketinin hazırlanması üzərində iş gedir.

İsrail parlamenti - Knesset, çərşənbə günü keçirilən iclasda Qərb Sahilinə İsrail suverenliyinin tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Knesset eyni zamanda Şərqi Qüds yaxınlığındakı “Maale Adumim” yaşayış məntəqəsinin İsrail ərazisinə ilhaqını nəzərdə tutan qanun layihəsini də ilkin oxunuşda qəbul edib.

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən Qəzza atəşkəsi risk altındadır, İsrail ordusu bölgədə hücumlarını davam etdirərək razılaşmanı dəfələrlə pozub. Qəzza Hökumətinin Media Ofisinin bəyanatına əsasən, İsrail ordusu atəşkəs razılaşmasını 80 dəfə pozub.

ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, İsrail ilə “HƏMAS” hərəkatı arasında elan olunan atəşkəs hələ də qüvvədədir. O, bu bəyanatı İsrailin “HƏMAS” mövqelərinə qarşı onlarla hava hücumu həyata keçirməsindən sonra verib. Tramp prezident təyyarəsində jurnalistlərə açıqlamasında “Atəşkəs qüvvədədir” deyərək, “HƏMAS” rəhbərliyinin bu pozuntulara birbaşa aidiyyəti olmadığını vurğulayıb və məsuliyyəti “hərəkat daxilindəki bəzi üsyançı qrupların” üzərinə atıb.

Mart ayında əvvəlki atəşkəs razılaşmasının çökməsindən sonra danışıqlar uzun müddət dayandırılmışdı. Kuşnerin “HƏMAS”la yeni razılaşmaya nail olmaqda göstərdiyi israr, atəşkəsin bərpası və “HƏMAS”la konsensus əldə olunması prosesində əsas amil oldu. Razılaşma, həmçinin qalan israilli girovların azad edilməsi və yüzlərlə fələstinli məhbusun azad olunmasını da təmin etdi.

ABŞ prezidenti Donald Trampa qarşı yönəlmiş kütləvi etiraz aksiyaları şənbə günü ölkə üzrə on minlərlə insanı küçələrə çıxarıb. Aksiyalar prezidentin “avtoritar meyilli siyasətləri”nə etiraz məqsədi daşıyıb.Təşkilatçıların məlumatına görə, təxminən 7 milyon insan 2700-dən çox şəhər və qəsəbədə dinc yürüşlərdə iştirak edib - bu, iyun ayında keçirilən əvvəlki etiraz dalğasından yüzlərlə məntəqə artıqdır.

ABŞ Prezidenti Donald Tramp İspaniyanın İsraillə bütün ticarət və hərbi münasibətləri dayandırmasına münasibət bildirib. Tramp açıqlamasında İspaniyanın NATO-ya qarşı öhdəliklərinə əməl etmədiyini deyib. “İspaniya NATO-ya sadiq qalmadı. Məncə, bu ölkə müəyyən cəza almalıdır. Lakin bu məsələ NATO ilə İspaniya arasında həll olunmalıdır,” – deyə ABŞ Prezidenti qeyd edib.

ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton məxfi məlumatlarla qanunsuz davranmaqda ittiham olunduqdan sonra federal hakimiyyət orqanlarına təslim olub. Hadisə Donald Tramp administrasiyası ilə keçmiş əməkdaşları arasında yeni siyasi gərginlik yaradıb. Trampın siyasi rəqiblərinə qarşı təzyiq kampaniyası çərçivəsində başladılan istintaq nəticəsində Boltona ABŞ-ın casusluq haqqında qanununa əsasən 18 maddə üzrə ittiham irəli sürülüb. Bunlardan 8-i dövlət müdafiəsi ilə bağlı məlumatların ötürülməsi, 10-u isə bu məlumatların qanunsuz saxlanması ilə əlaqədardır.