ABŞ Prezidenti Donald Tramp Minnesota ştatında olan somalili miqrantların Birləşmiş Ştatlar ərazisində müvəqqəti yaşama hüququ verən statatusunu ləğv edəcəyini açıqlayıb. Trampın sözlərinə görə, onun qaçqın proqramında apardığı ixtisarlar məhz cinayət hallarına qarşı profilaktik tədbir xarakteri daşıyır.
#Donald Tramp
ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı təklif etdiyi sülh planı, Avropa İttifaqının Kiyevə dondurulmuş Rusiya aktivləri hesabına kredit ayırmaq niyyətini təhlükə altına qoyub.
ABŞ Prezidenti Donald Tramp və Nyu-York şəhərinin yeni seçilmiş meri Zahran Mamdani Ağ Evdə keçirdikləri ilk görüşdə mehriban münasibət sərgiləyərək şəhərdə cinayətkarlıqla mübarizə və yaşayış xərclərinin azaldılması istiqamətində əməkdaşlıq edəcəklərini bildiriblər.
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq planını "sülhə gedən yol" kimi gördüyünü bildirib. Bu barədə ABŞ prezidenti Nyu-Yorkun yeni seçilən meri Zohran Mamdani ilə görüşü zamanı deyib. O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski döyüşlərin bitməsini istəyirsə, bunu qəbul etməli olacaq.
Sudanın suverenlik şurasının rəhbəri və ordu baş komandanı Abdel Fattah əl-Burhan ölkədəki müharibənin dayandırılması üçün ABŞ və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski cümə axşamı Kiyevdə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndə heyəti ilə görüşəcək. Görüş, ABŞ-ın müharibəni Moskvanın maraqlarına uyğun şərtlərlə dayandırmağı nəzərdə tutan planına dair yayılan məlumatların fonunda keçirilir.
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın xahişindən sonra Sudandakı müharibə ilə bağlı səylərə başlamağa hazır olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp, Nyu-York bələdiyyə başçısı seçkilərini qazanan Demokrat namizəd Zahran Mamdani ilə sabah görüş keçirəcəyini açıqlayıb. Tramp sosial media hesabında paylaşdığı bəyanatda Mamdaninin görüş istədiyini bildirib. “Nyu-Yorkun kommunist bələdiyyə başçısı Zahran Mamdani görüş tələb etdi. 21 noyabr Cümə günü Oval Ofisdə görüşməyə razılaşdıq. Ətraflı məlumat tezliklə.” - deyə Tramp paylaşımda qeyd edib. Prezident daha öncə Fox News-ə müsahibəsində Mamdani haqqında danışaraq, onun Vaşinqtona hörmətlə yanaşmalı olduğunu qeyd etmişdi.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi və Baş naziri Məhəmməd bin Salmanla görüşüb. Səfər Səudiyyə-ABŞ münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir və iki ölkə arasında müdafiə, nüvə enerjisi, texnologiya və investisiya sahələrində genişmiqyaslı əməkdaşlığı əhatə edir.
Səudiyyə Ərəbistanı ABŞ-yə 1 trilyon dollarlıq investisiya yatıracaq. Bu barədə ABŞ Prezidenti Donald Tramp ilə Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Səlman arasında Ağ Evdə keçirilən görüşdən sonra məlumat verilib.
Kriştiano Ronaldo, Dünya Kuboku öncəsi bugün Ağ Evdə Donald Tramp ilə bir araya gələcək. Portuqaliyalı ulduzun ziyareti həm futbol, həm də diplomatiya dünyasında böyük həyəcan yaratdı. Futbol dünyasının ən tanınmış ulduzlarından Kriştiano Ronaldo, ABŞ Prezidenti Donald Tramp ilə bugün Ağ Evdə görüşəcək. Görüşmə, Portuqaliyanın 2026 FIFA Dünya Kubokuna uğurla qatılmasından sonra, turnuvanın başlamasına bir neçə ay qalmış baş tutacaq.
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına “F-35” tipli qırıcı təyyarələrin satışı ilə bağlı razılıq verib. Bu qərar, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri şahzadə Məhəmməd bin Salmanın ABŞ-a səfəri ərəfəsində açıqlanıb.