#İranda İsrail xeyrinə casusluq ittihamı ilə edam

İranda İsrailin xarici kəşfiyyat xidməti – “Mossad” ilə əməkdaşlıqda ittiham olunan şəxs barəsində çıxarılmış ölüm hökmü icra edilib. Məlumata görə, Əkil Keşavərz adlı İran vətəndaşı “İsrailin xeyrinə casusluq etmək, Təl-Əvivlə kəşfiyyat sahəsində əməkdaşlıq aparmaq, həmçinin İranın məxvi hərbi və təhlükəsizlik obyektlərini müşahidə və çəkilişə almaq” ittihamları ilə təqsirli bilinib.