Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada seçkilərin nə vaxt və hansı formatda keçiriləcəyinə dair qərar verə bilməz. Zelenski bu fikirləri Portuqaliyanın Baş naziri Luís Montenegro ilə Kiyevdə keçirilən birgə mətbuat konfransında səsləndirib.