Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSAN, dəniz platformalarına güc qatan və dünya sularında özünü doğrultmuş SMASH (MUHAFIZ) Uzaqdan Komandalı Stabilləşdirilmiş Silah Sistemləri ailəsinə yeni texnoloji qabiliyyətlər qazandırır. Türkiyədə "MUHAFIZ" adı ilə tanınan bu sistemlər 30 mm, 25 mm və 12,7 mm kimi müxtəlif çaplı seçimləri ilə uzaqdan idarə olunan, yüksək dəqiqlikli müdafiə həlli kimi istifadəyə verilib. Sistem, lülədən asılı olmayaraq hərəkət edən həssas stabilləşdirici yönləndirici sayəsində ən çətin dəniz şəraitində və platforma hərəkət halında olarkən belə nişan xəttini hədəf üzərində sabit saxlaya bilir.
#ASELSAN istehsali SURALP
Türkiyədə müdafiə sənayesinin inkişafı və texnoloji transformasiyasında aparıcı rol oynayan ASELSAN, maliyyə göstəriciləri ilə də diqqət mərkəzinə düşür. Şirkət, Borsa İstanbul indeksinə daxil olan şirkətlər arasında bazar dəyəri 1 trilyon Türkiyə lirəsini keçən ilk şirkət olub. Hazırda qlobal maliyyə bazarlarında risklərin azalması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimi dövrünə qayıtması, investorların risk iştahını artırıb. Türkiyədə isə Mərkəzi Bankın faiz endirimi siyasəti və iqtisadi idarəetmədə atılan addımlar, Borsa İstanbul-un yüksəlişini gücləndirib.