Keniyanın paytaxtı Nayrobidə keçirilən “Afrika İrəli” sammiti Fransanın Afrikadakı zəifləyən təsirini yenidən formalaşdırmaq cəhdi kimi qiymətləndirilir. Fransa prezidenti Emmanuel Makron və Keniya prezidenti Uilyam Ruto tərəfindən açılışı edilən sammit Fransa-Afrika münasibətlərində yeni mərhələ kimi təqdim olunur. Bu tədbir həm də Fransanın ingilisdilli Afrika ölkəsində təşkil etdiyi ilk böyük Afrika sammiti hesab edilir.
#Sahel böhranı
Benində yaşanan çevriliş cəhdi, Fransanın Qərbi Afrikada illərdir ayaqda saxlamağa çalışdığı nüfuz mexanizminin artıq işləmədiyini açıq şəkildə ortaya qoydu. Sahel xəttində hərbi mövcudluğunu itirən Paris üçün Benindəki bu sarsıntı, Afrikada “idarə oluna bilən tərəfdaşlar” dövrünün səssiz, lakin kritik şəkildə sona çatdığını göstərən mühüm hədd oldu. Afrikanın qərb ucunda yerləşən Beninin paytaxtı Kotonuda dövlət televiziyasının qarşısından gələn atəş səsləri qısa müddət sonra ekranlara da əks olundu. Uniforma geyinmiş bir qrup hərbçi kameraların qarşısına çıxaraq “idarəyə əl qoyduqlarını”, konstitusiyanın dayandırıldığını və sərhədlərin bağlandığını elan etdi.