#Qətər

Sentyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb. AzerVoice-un məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində nazirin 14-15 sentyabr tarixlərində Doha şəhərində keçiriləcək Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxışı, habelə yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İsrailin baş naziri Benyamin Netanyahunun Qətərə qarşı səsləndirdiyi bəyanatları pisləyib. Bildirilib ki, İsrail hakimiyyətinin bu cür bəyanatları və təcavüzkar fəaliyyətləri, eləcə də beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması beynəlxalq ictimaiyyəti İsrailin bölgədəki dağıdıcı siyasətlərinə qarşı real tədbirlər görməyə məcbur edir. Xatırladaq ki, çərşənbə günü Netanyahu “X” sosial şəbəkəsində paylaşdığı videoda Qətərin HƏMAS rəsmilərini ölkədən çıxarmalı və ya “ədalətə təhvil verməli” olduğunu deyib və “Əgər bunu etməsəniz, biz edəcəyik”, - deyə əlavə edib.

BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib. Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.

Qətər Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edərək İsraili Qəzza zolağındakı girovlara laqeyd yanaşmaqda günahlandırıb. O bildirib ki, İsrailin bu həftə Doha şəhərinə endirdiyi hava hücumu yalnız ölkəsinin suverenliyini pozmayıb, həm də regional sülhə ciddi təhdid yaradıb.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İravani İsrailin Qətərə qarşı son hərbi hücumunu “terrorçu təcavüz” adlandıraraq sərt şəkildə qınayıb. O, Tehranın beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində Qətərin özünümüdafiə haqqını dəstəklədiyini vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 14-də Qətərə səfər edəcək. Doha bazar və bazar ertəsi günləri İsrailin Qətərə qarşı həyata keçirdiyi hücumu müzakirə etmək məqsədilə fövqəladə Ərəb-İslam sammitinə ev sahibliyi edəcək. Sammitdə həm ərəb ölkələrinin, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderlərinin iştirakı gözlənilir. Toplantının əsas gündəliyini İsrailin Dohaya endirdiyi son hücum, Qətərin suverenliyinin pozulması və bölgədə artan gərginlik təşkil edəcək.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin baş naziri Benyamin Netanyahunun Qətərə qarşı hədələyici bəyanatlarını kəskin şəkildə pisləyib. Bununla bağlı BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar İdarəsinin direktoru Əfra əl-Hamli “X” sosial şəbəkəsində açıqlama yayıb. “Qardaş Qətər dövlətinin təhlükəsizliyi və sabitliyi, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin təhlükəsizliyi və sabitliyinin ayrılmaz hissəsidir. Hər hansı Körfəz ölkəsinə hücum, birgə körfəz təhlükəsizlik sisteminə hücum deməkdir”, - bəyanatda vurğulanıb

İsrailin Dohada HƏMAS liderlərinə qarşı həyata keçirdiyi hücum bütün ərəb və islam dövlətlərinə müharibə elan etmək anlamına gəlir. Bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Fauzi Barxum bildirib. “İsrailin törətdiyi bu cinayət sadəcə Qətərə hücum deyil, həm də bütün ərəb və islam ölkələrinə müharibə elanıdır və regionun sabitliyinə ciddi təhdid yaradır” – deyə, Barxum qeyd edib. Onun sözlərinə görə, İsrailin hücumu nəticəsində HƏMAS-ın Qəzza zolağındakı lideri Xalil əl-Heyyanın həyat yoldaşı, gəlini və nəvələri yaralanıblar. Əl-Heyyanın vəziyyəti barədə isə məlumat verilməyib.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), terrorçu İsrailin Qətərdə Həmasın danışıqlar heyətini hədəfə aldığı hücuma dair açıqlama verib. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib. “İsrail, Qətərə qarşı həyata keçirdiyi alçaq hücumla bölgədə hüquq tanımayan, beynəlxalq normaları ayaqlar altına alan hücumlarına bir yenisini əlavə etmişdir. Bu hücum qarşısında bütün imkanlarımızla Qətərin yanında olduğumuzu bir daha vurğulayırıq.”- deyə Aktürk qeyd edib.

Qətər dövlət xəbər agentliyinin məlumatına görə, Doha bazar və bazar ertəsi günləri İsrailin Qətərə qarşı həyata keçirdiyi hücumu müzakirə etmək məqsədilə fövqəladə Ərəb-İslam sammitinə ev sahibliyi edəcək. Sammitdə həm ərəb ölkələrinin, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderlərinin iştirakı gözlənilir. Toplantının əsas gündəliyini İsrailin Dohaya endirdiyi son hücum, Qətərin suverenliyinin pozulması və bölgədə artan gərginlik təşkil edəcək.