Baş naziri Əli Əsədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb
#Türkmənistan
Əli Əsədov Türkmənistana işgüzar səfərə gedib.
Kreml Administrasiyası Rusiya Prezidenti Vladimir Putinin bu həftə Türkmənistana rəsmi səfər edəcəyini və səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün planlaşdırıldığını açıqlayıb. Məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov yayıb. Onun sözlərinə görə, Putin 12 dekabrda Aşqabadda olacaq və “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” forumunda iştirak edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib. Dövlətimizin başçısı Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Qurbanqulu Berdiməhəmmədovu təbrik edib və qardaş Türkmənistana uğurlar arzulayıb. Prezident İlham Əliyev dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməcəyini bildirib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azalaraq, 45 milyon 961 min 60 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Türkmənistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz azalaraq, 3 milyon 798 min 7 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 7 milyard 252 milyon 610 min dollara bərabər olub.
Dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” Milli Turizm Zonasında “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Leyla Əliyeva Saida Mirziyoyeva ilə görüşüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 11–12 dekabr 2025-ci tarixlərində “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak etmək üçün Türkmənistana səfər edəcək.Bu barədə məlumatı Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında yayıb. Duran bildirib ki, səfər BMT Baş Assambleyasının 2025-ci ili “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan etməsi və Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə təşkil olunan forum çərçivəsində həyata keçiriləcək.
Dekabrın 9-da Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar.
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz azalaraq, 4 milyon 480 min 14 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Türkmənistana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 43,6 faiz artaraq, 370 min 57 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.
2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyədən Türkmənistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz artaraq, 14 milyon 481 min 58 dollara bərabər olub. Türkiyə 2025-cü ilin oktyabr ayında Türkmənistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,6 faiz artaraq, 1 milyon 464 min 96 dollara çatdırıb.