#Türkmənistan

Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən təltif edilmişdir. Prezident Sərdar Berdiməhəmmədovun 2025-ci il 24 dekabr tarixli 613 nömrəli Sərəncamına əsasən, Qismət Gözəlov “Türkmənistanın Tərəfsizliyinin 30 İllik” yubiley medalı və “Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik” xatirə gümüş nişanı ilə təltif olunmuşdur.

22 dekabr 2025-ci il tarixində Aşqabadda Türkmənistan XİN-in Beynəlxalq Münasibətlər İnstitutunda Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş “Ağlın gövhəri” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 46,4 faiz artaraq, 185 milyon 981 min 39 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Özbəkistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 68,6 faiz artaraq, 20 milyon 609 min 49 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq, 16 milyard 6 milyon 424 min dollara bərabər olub.

Müasir dünyanın paradoksu ondadır ki, insanlığın ən qədim və eyni zamanda ən müasir problemlərindən biri olan yoxsulluğa qarşı qlobal mübarizə XXI əsrdə Asiya ölkələrinin bayrağı altında aparılır. Nə sosial dövlət sistemi ilə Avropa, nə də liberal yenidənpaylanma modeli ilə ABŞ, məhz Çin dövlət nəzarətini, bazar enerjisini və mədəni intizamı birləşdirən, institusional cəhətdən tam formalaşmış ilk yoxsulluqla mübarizə strategiyasını ortaya qoydu.

Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir. Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası nümayəndə heyətləri iştirak edirlər. Forumun əsas məqsədi türk dövlətləri arasında dayanıqlı və effektiv kommunikasiya mühitinin formalaşdırılması, həmçinin dezinformasiya təhdidlərinə qarşı mübarizə sahəsində institusional qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Türkmənistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 faiz artaraq, 15 milyon 655 min 65 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Türkmənistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq, 1 milyon 174 min 8 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq, 8 milyard 628 milyon 945 min dollara bərabər olub.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu haqqında danışaraq onun bir güvən dəhlizi rolunu oynadığını bildirib. Kobaxidze bu fikirləri Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Güvən İli Forumu”nun açılışında səsləndirib. Baş nazir çıxışında Tbilisi rəhbərliyinin barış siyasətinə sadiq qaldığını, regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməyə davam etdiklərini vurğulayıb. Gürcüstanın regional sülh və sabitlik üçün dialoqların aparılmasına dəstək göstərdiyini bildirən Kobaxidze “Birlikdə gələcək nəsillər üçün daha təhlükəsiz, sabit və davamlı bir gələcək qura bilərik.” - deyə qeyd edib.