Türk Dəniz Qüvvələri, yerli və milli müdafiə layihələri çərçivəsində mühüm bir mərhələyə yaxınlaşarkən, milli aviadaşıyıcı gəmi layihəsində kritik bir məqama gəlib çatılıb. Dəniz Qüvvələri Komandanı, admiral Ercüment Tatlıoğlu, gəminin inşa prosesinin planlaşdırıldığı şəkildə irəlilədiyini və gələn il dənizə endirilməsinin hədəfləndiyini bəyan edib. Cənubi Egey dənizində keçirilən “KURTARAN-2026 Sualtı Axtarış-Xilasetmə Dəvət Təlimi” zamanı açıqlama verən Tatlıoğlu, Türk Dəniz Qüvvələrinin güclü və müasir bir donammaya sahib olduğunu vurğulayıb. Hazırda gəmiqayırma zavodlarında 41 döyüş gəmisinin eyni vaxtda inşa edildiyini bildirən Tatlıoğlu, bu sayın yaxın dövrdə 50-yə çatmasının gözlənildiyini ifadə edib.
#Oruç Reis sismik tədqiqat gəmisi
Türkiyə Somali sahillərində neft və qaz axtarışları üzrə fəaliyyətini genişləndirməyə hazırlaşır. Energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə Neft Şirkəti (TPAO) 2026-cı ildə Somali sahillərinə bitişik dəniz ərazilərində üç açıq dəniz bloku, eləcə də ölkə ərazisində yerləşən üç quru blokunda kəşfiyyat qazmalarına başlayacaq. Analitik qiymətləndirmələrə görə, Somali ərazisində ehtimal olunan hidrokarbon ehtiyatlarının bazar dəyəri 1,8 trilyon dollara çata bilər.