Netanyahu əlavə edib ki, İranda baş verənlər “sürətli və dramatik” xarakter daşıyır və bu hadisələr “iranlıların taleyini öz əllərinə aldıqları həlledici məqam” ola bilər. Məlumat üçün bildirək ki, i, İranda etirazlar ötən bazar günü mağaza sahiblərinin iqtisadi vəziyyətə etiraz olaraq iş dayandırması ilə başlayıb. Sonradan aksiyalar genişlənərək daha çox şəhəri əhatə edib və iştirakçıların irəli sürdüyü tələblər siyasi məzmun alıb.
#İranda dərman çatışmazlığının sosial nəticələri
İranda dərman və tibbi təminat sahəsindəki hazırkı böhran — sadəcə qısamüddətli valyuta şoku və ya maliyyə dalğalanmasının nəticəsidirmi, yoxsa bu, dövlətlə cəmiyyət arasında uzun illər formalaşmış sosial kontraktın dərin struktur qırılmasını, yəni idarə olunan sabitlik modelindən institusional eroziya mərhələsinə keçidi göstərən bir siqnaldır? Və əgər belədirsə, bu, həm ölkədaxili sabitlik, həm də regionun təhlükəsizliyi üçün nə deməkdir?