#Yaxın Şərq

ABŞ-ın Dövlət katibi Marko Rubio Qəzzada əldə olunan atəşkəsin detalları və icrası ilə bağlı müzakirələr aparmaq üçün İsrailə səfər edəcək. İsrail mediasında yayılan xəbərlərə görə, Rubio iki günlük səfəri çərçivəsində sabah İsrailə çatacaq. Məlumata görə, səfərin əsas gündəm mövzusunu Qəzzada razılaşdırılan atəşkəsin tətbiqi təşkil edir. Rubionun səfəri ABŞ-ın bölgədəki diplomatik səylərinin davamı kimi qiymətləndirilir. Qeyd edilir ki, bundan öncə ABŞ vitse-prezidenti Cey Di Vans, Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner də bu həftə Qəzzada atəşkəsin davamlılığını təmin etmək məqsədilə İsrailə səfər etmişdilər.

Suriya xarici işlər naziri Əsəd Şeybani rəsmi səfərlə Beyruta səfər edib. O, Livana Rafiq Hariri Beynəlxalq Hava Limanından daxil olmağı seçərək “yeni Suriyanın” Livan dövlətinə, onun suverenliyinə və müstəqilliyinə hörmətini bir daha nümayiş etdirmək istəyib. Livanda hər detalın - gəliş anından gedişə qədər - simvolik mənası var.

HƏMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 20 israilli girovu azad edəcəyini açıqlayıb. Hərəkatın yazılı bəyanatında, vasitəçi ölkələrin İsraili atəşkəs razılaşmasına riayət etməyə məcbur etməsinin vacibliyinə diqqət çəkilərək, girovların azad olunması addımı təsdiqlənib. Bəyanata görə, Qəssam Briqadaları Qəzzədə atəşkəs və girov mübadiləsi razılaşmasının birinci mərhələsi çərçivəsində əlində saxladığı 20 israilli girovu azad edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə sülh və sabitliyin bərpasına həsr olunan Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə rəsmi səfər edəcək. Səfər zamanı Ərdoğanın Misir prezidenti Abdel Fəttah əs-Sisi ilə ikitərəfli görüşü də planlaşdırılır.

2023-cü ilin 7 oktyabr hücumlarından sonra başlayan genişmiqyaslı regional münaqişənin ikinci ildönümdə, Yaxın Şərqin simasını dəyişdirən çoxsaylı böhranların yaratdığı yeni reallıqları qiymətləndirməyə ehtiyac yaranıb. Qarşıdakı aylarda bu bölgənin hansı istiqamətdə inkişaf edəcəyi - sabitliyəmi, yoxsa daha dərin parçalanmaya doğru - sualı indi hər zamankından daha aktualdır.

Suriyanın şimalında, Hələb şəhərinin Əşrəfiyyə məhəlləsində naməlum səbəbdən güclü partlayış baş verib. Partlayış terrorçu PKK/YPG-nin nəzarətində olan Əşrəfiyyə məhəlləsindəki bir parkda qeydə alınıb. Hadisənin səbəbi hələlik müəyyən edilməyib, rəsmi açıqlama isə verilməyib.