#tender prosesləri

Türkiyənin Karabük vilayətində 1 milyon 500 min litr dizel yanacağının alınması məqsədilə açıq tender proseduru başladılıb. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihəyə görə, yanacaq 18 ay müddətində mərhələli şəkildə təhvil veriləcək və sifarişlərə uyğun olaraq maksimum 3 gün ərzində çatdırılmalıdır. Gecikmə halında isə müqavilə məbləği üzərindən gündəlik 0,3 faiz cərimə tətbiq olunacaq.

Türkiyədə su təmizləmə sektoru üzrə böyük həcmli kimyəvi maddə alışı ilə bağlı tender elan edilib. İlkin məlumatlara əsasən, satınalma çərçivəsində ümumilikdə 14 min ton alüminium sulfatın alınması nəzərdə tutulur. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məhsulun Ankara şəhərində yerləşən su təmizləmə qurğularına mərhələli şəkildə çatdırılması planlaşdırılır.

Türkiyədə dövlət qurumu tərəfindən 500 dəst masaüstü kompüter və monitorun alınması üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Malların müqavilə imzalandıqdan sonra 140 gün ərzində təhvil verilməsi tələb olunur. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

Qaziantep Su və Kanalizasiya İdarəsi tərəfindən 800 min litr dizel yanacağının satın alınması üçün açıq tender proseduru başlayıb. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Satınalma 12 ay müddətində həyata keçiriləcək və müqavilə imzalandıqdan sonra ən geci 10 gün ərzində icrasına başlanacaq.

Vəzifəsindən azad olunan Əsənyurt Bələdiyyə Başçısı Ahmet Özər, Millətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli ilə görüşüb. Görüşdən sonra açıqlama verən Özər bildirib ki, Bahçeliyə sülh prosesinə verdiyi səmimi və fədakar töhfələr üçün təşəkkür edib. Özər həmçinin bildirib ki, iddiaların cəzaya çevrilməməsi və müvəqqəti idarəçi tətbiqinin sona çatması prosesi dəstəkləyə bilər. O, əvvəlki mərhələdə Aziz İhsan Aktaş ilə bağlı istintaqda tutulmuş və təxminən bir ay əvvəl azad edilmişdi.