#Livan

İranın paytaxt Tehrana gələn Pakistanın Baş Qərargah rəisi marşal Asim Munirin rəhbərlik etdiyi yüksək rütbəli nümayəndə heyəti ilə keçiriləcək görüşdən sonra ABŞ ilə müzakirələrin növbəti mərhələsi barədə qərar verəcəyi elan edilib. İranın "Tasnim" xəbər agentliyinin yüksək rütbəli rəsmi mənbəyə istinadən yaydığı məlumatda bildirilir ki, Tehran administrasiyası Pakistan heyəti ilə danışıqlar apardıqdan sonra lazımi təhlilləri tamamlayacaq və Vaşinqtonla diplomatik prosesin davam etdirilməsi ilə bağlı yekun mövqeyini müəyyənləşdirəcək.

Livan parlamentində "Hizbullah" fraksiyasının sədri Məhəmməd Raad, Livan hakimiyyətinin İsrail apardığı birbaşa danışıqları kəskin şəkildə pisləyib. O, bu addımı ölkə rəhbərliyi üçün "bağışlanılmaz bir səhv və mənəvi tənəzzül" kimi qiymətləndirib. Məhəmməd Raad bəyan edib ki, birbaşa danışıqlar formatı "rədd edilən və lənətlənən" bir yanaşmadır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxış edərək İsrailə kəskin tənqid edib. Prezident Ərdoğan bildirib ki, heç bir qüvvə Türkiyəni və onun prezidentini təhdid edə bilməz. "Mənim şəxsiyyətimə və ölkəmizə dil uzadan uşaq qatillərinə bir daha xatırladıram ki, Türkiyə sıradan bir dövlət deyil. Biz zalıma zalım, oğruya oğru, qatilə qatil deməyə və Qəzza uşaqlarının səsi olmağa davam edəcəyik."-deyə Ərdoğan çıxışında bildirib.

Suriyada hakimiyyət orqanlarının Dəməşqdə dini şəxsiyyəti hədəf almaq üçün hazırlanmış partlayıcı qurğunun zərərsizləşdirilməsi və xarici tərəflə əlaqəli hüceyrənin həbs edilməsi barədə bəyanatı heç də təəccüblü olmadı. Çünki bu xarici tərəf Livan-İran mənşəli "Hizbullah"dan başqa heç kim deyil. Bu, qarşısına qoyulan vəzifəni yerinə yetirməzdən əvvəl ifşa edilən ilk hüceyrə deyil.

İsrail hökuməti bazar ertəsi günü İtaliyanın ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağıraraq rəsmi etirazını bildirib. Diplomatik gərginliyə səbəb İtaliyanın Xarici İşlər naziri Antonio Tayaninin Beyruta səfəri zamanı İsrailin hərbi fəaliyyətlərini sərt dildə tənqid etməsidir. Nazir Tayani Livan rəsmiləri ilə görüşü zamanı İsrailin mülki əhaliyə yönəlmiş hücumlarını "qəbulolunmaz" adlandırıb və İtaliyanın Livan xalqı ilə həmrəy olduğunu vurğulayıb. O, sosial şəbəkə hesabında paylaşım edərək Qəzzada baş verən humanitar fəlakətin Livanda təkrarlanmaması üçün tərəfləri dialoqa və dərhal atəşkəsə çağırıb.

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Livan Prezidenti Cozef Aun ilə telefon danışığı apararaq, İsrailin Livana endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib. Əmir Qətərin Livanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı hər hansı müdaxiləni qətiyyətlə rədd etdiyini bildirib. Qətər Rəsmi Xəbər Agentliyinin (QNA) məlumatına görə, tərəflər Livandakı son hərbi gərginliyin ölkə və regionun sabitliyinə təsirlərini müzakirə ediblər.

Livan Silahlı Qüvvələrinin rəhbəri Rudolf Heykel ölkənin cənubunda yerləşən hərbi birliklərə baş çəkərək, İsrailin artan hərbi təzyiqləri və regional sabitlik barədə mühüm bəyanatlar verib. Komandir və əsgərlərlə görüşən Heykel, Livan ordusunun bütün çətinliklərə baxmayaraq, ölkənin suverenliyini qorumaq üçün böyük fədakarlıq göstərdiyini vurğulayıb.

İranın adı açıqlanmayan yüksək rütbəli təhlükəsizlik rəsmisi, İsrailin Livana qarşı hərbi əməliyyatlarını dayandırmayacağı təqdirdə, cümə günü Pakistanın paytaxtı İslamabadda ABŞ ilə planlaşdırılan birbaşa danışıqların baş tutmayacağını iddia edib. İran tərəfi İsrailin hərəkətlərini əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasının birbaşa pozulması kimi qiymətləndirir.

İran Prezidenti Məsud Pezeşkian İsrailin Livan ərazisinə hücumlarının atəşkəs razılaşmasını pozduğunu bəyan edib. Qeyd olunub ki, İran rəhbərliyi İsrailin son hərbi əməliyyatlarını tənqid edərək bunun əldə olunmuş müvəqqəti atəşkəsə zidd olduğunu vurğulayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu İran ilə ABŞ arasında əldə olunan müvəqqəti atəşkəsə baxmayaraq, Livan ərazisinə hücumların davam etdiriləcəyini bildirib. O vurğulayıb ki, İsrail Hizbullah hədəflərinə qarşı əməliyyatları davam etdirəcək və “zəruri olan hər yerdə zərbələr endiriləcək”.