Tunisli rejissor Kauzer Ben Haniyanın çəkdiyi “Hind Rəcəbin Səsi” filmi Venesiya Film Festivalında premyerasını edib və festivalın tarixində ən uzun sürən – 22 dəqiqəlik alqışla qarşılanıb. Tamaşaçılar filmin nümayişi zamanı Fələstin bayraqlarını qaldıraraq “Free Palestine” şüarları səsləndiriblər. Sənədli film 2024-cü ildə Qəzzada İsrail ordusu tərəfindən vəhşicəsinə öldürülən 5 yaşlı Hind Rəcəbin real hekayəsini ekrana daşıyır. Əsər, mülki əhalinin faciəsini və uşaqların müharibənin ən böyük qurbanlarına çevrildiyini bütün dünyaya çatdırmağı hədəfləyir.
#Tunis
Fransanın Marsel şəhərinin mərkəzində baş verən bıçaqlı hücum nəticəsində azı beş nəfər xəsarət alıb. Məlumata görə, hücumçu Tunis vətəndaşı olub və Fransada qanuni əsaslarla yaşayıb. O, kirayə haqqını ödəmədiyi üçün Belzans rayonundakı oteldən çıxarılıb. Lakin az sonra geri qayıdaraq ikinci mərtəbədə yerləşən keçmiş qonşusunu bıçaqlayıb. Daha sonra birinci mərtəbəyə enərək otelin menecerinə bir neçə zərbə vurub, küçədə isə menecerin oğlunu təqib edərək kürəyindən yaralayıb.
Türkiyədən “Qlobal Sumud Flotiliyası”na qoşulacaq aktivistlər bu gün yola çıxır. Türk aktivistlər əvvəlcə Tunisə hərəkət edəcəklər. Qəzzaya ərzaq və humanitar yardım aparmaq, həmçinin tətbiq olunan blokadanı yarmaq məqsədilə bütün hazırlıqlarını tamamlayan flotiliya üçün gözlənilən gün çatıb. “Azadlıq Flotiliyası”nın davamı olan “Qlobal Sumud Flotiliyası” Qlobal Qəzza Hərəkatı, Sumud Karvanı və Malayziya Sumud Nusantara təşkilatlarının birləşməsi ilə formalaşıb və onlarla gəmi ilə Qəzzaya doğru hərəkət edəcək. Flotiliyanın əsas məqsədi Qəzzaya humanitar yardım çatdırmaq, qanunsuz blokadanı yarmaq və beynəlxalq ictimaiyyətin diqqətini fələstinlilərin üzləşdiyi humanitar böhrana cəlb etməkdir.
Türkiyənin İnsani Yardım Vəqfi (İHH), bu il Qurban Bayramı fəaliyyətləri çərçivəsində vəkalətini aldığı 112 min 207 paylıq qurbanı, Türkiyə də daxil olmaqla 60 ölkədə ehtiyac sahiblərinə çatdırıb.
Fatimə əl-Fihri tərəfindən qurulan Əl-Qaraviyyin Universiteti əsrlər boyu elmin və mədəni irsin inkişafına töhfə verərək, İslam dünyasının və dünyanın ən qədim ali təhsil müəssisələrindən biri kimi tarixdə öz izini qoymuşdur.