#Ankara

İstanbul və Ankarada İŞİD-ə qarşı əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı ümumilikdə 127 şübhəli şəxs saxlanılıb. Saxlanılanların Yalovada törədilən hücumla əlaqəli olduqları müəyyən edilib. Təhlükəsizlik qüvvələrinin İŞİD-ə qarşı əməliyyatları dayanmadan davam edir. Yalovada dünən baş verən hücumda 3 polis əməkdaşı şəhid olmuşdu, bu səbəbdən bu gün yeni reydlər həyata keçirilib. İstanbulda aparılan istintaqlarda 110 şübhəli saxlanılıb. İstanbul Baş Prokurorluğundan əməliyyatla bağlı açıqlama verilib.

Ankarada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat çərçivəsində 17 şübhəli şəxs saxlanılıb. Baş Prokurorluğun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar zamanı əldə olunan rəqəmsal materialların təhlili nəticəsində şübhəlilərin terror təşkilatının üzvləri olduqlarına dair sübutlar aşkarlanıb.

İstanbulda Yeni il və Milad tədbirlərinə qarşı mümkün terror hücumlarının qarşısının alınması məqsədilə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində hücum planlaşdırmaqda şübhəli bilinən 115 nəfər saxlanılıb. İstanbul Respublika Baş Prokurorluğunun yaydığı məlumata görə istintaq çərçivəsində ümumilikdə 137 nəfər barəsində saxlanılma qərarı çıxarılıb. Polis qüvvələri şəhər üzrə 124 ünvanda eyni vaxtda əməliyyat həyata keçirib.

Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək Azərbaycan–Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə xalqlarını ortaq tarix, mədəniyyət və dərin qardaşlıq bağları birləşdirir. Dövlət başçılarının siyasi iradəsi və birgə səyləri nəticəsində ikitərəfli əlaqələr bütün istiqamətlər üzrə möhkəmlənib və bu proses ölkələrin iqtisadiyyatlarına mühüm töhfə verir.

ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada atəşkəsin tərəflərini öhdəliklərinə əməl etməyə və təmkin nümayiş etdirməyə çağırıblar. Bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidə aparılan danışıqlardan sonra məlumat verib. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi olan Uitkoffla adıçəkilən ölkələrin rəsmiləri 10 oktyabrda qüvvəyə minmiş atəşkəsin birinci mərhələsini nəzərdən keçirmək üçün görüşüblər.

Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir. Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası nümayəndə heyətləri iştirak edirlər. Forumun əsas məqsədi türk dövlətləri arasında dayanıqlı və effektiv kommunikasiya mühitinin formalaşdırılması, həmçinin dezinformasiya təhdidlərinə qarşı mübarizə sahəsində institusional qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.