İraq və Türkiyə arasında yeni elektron viza sistemi rəsmi olaraq işə salınıb. Sistem İraqın Ankaradakı səfirliyində təşkil olunan mərasimlə təqdim edilib. Tədbirdə İraqın Ankara səfiri Məcid Əbdülrəd Haşən əl-Ləçmavi, İraqın Nüfus və Pasport Baş İdarəsinin rəisi Nəşat əl-Xafaci, İraq Daxili İşlər Nazirliyi sözçüsü Abbas əl-Bəhədli və digər rəsmi şəxslər iştirak ediblər. Səfir Məcid əl-Ləçmavi çıxışında, Türkiyəyə səfər üçün yeni elektron viza prosedurlarının artıq işə başladığını açıqlayıb. O bildirib ki, bu sistem İraqın Xarici İşlər və Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq nəticəsində yaradılıb.