#Bərdəli alimlər

Azərbaycanın qədim və zəngin mədəniyyət mərkəzlərindən olan Bərdə şəhəri orta əsrlərdə İslam dünyasına onlarla görkəmli alim bəxş etmişdir. Bu ustad elmi xadimlərdən biri də tam adı Hafiz Əbu Əli Hüseyn ibn Əli ibn Muhəmməd ibn Hüseyn ibn Tahir ibn Xalid ibn İdris ibn Bəkir ibn Həbib ibn Zəhir ibn Asim ibn Müdərrək Bərdəi olan böyük hədis hafizidir.

Əbu Bəkr Məhəmməd ibn Yəhya ibn Hilal Bərdəi öz dövrünün tanınmış mühəddislərindən, fəzilət sahibi bir alim, həmçinin yüksək ədəbi zövqə malik şair kimi məşhur olmuşdur. O, həyatının böyük bir hissəsini elm mərkəzlərindən biri sayılan Bağdadda keçirmiş və burada bir çox müəllimlərlə ünsiyyətdə olmuşdur. Hicri 350-ci (miladi 961) ildə Bərdəi Səmərqəndə köçmüş, bu şəhərdə həm elmi fəaliyyətini davam etdirmiş, həm də tələbələr yetişdirmişdir.