Görüş zamanı universitet–sənaye əməkdaşlığı və Təhsilin İnkişafı Fondu ilə MÜSİAD Azərbaycan arasında birgə fəaliyyət imkanları müzakirə olunub. Elnur Nəsibov Fondun həyata keçirdiyi layihələrdən bəhs edərək tələbələrin təhsilə əlçatanlığının artdığını vurğulayıb. O, həmçinin təhsil və əmək bazarı arasında mövcud boşluqların aradan qaldırılması üçün qısa müddətli ixtisasartırma və peşə kurslarının əhəmiyyətini qeyd edib.
#MÜSİAD
MÜSİAD Mersin Şöbəsinin sədri Mehmet Sait Kaya başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə MÜSİAD Azərbaycan Dərnəyinin Baş Qərargahında təşkil olunan görüşdə iştirak edib. Onları MÜSİAD Azərbaycan rəhbəri Reşad Cabirli və idarə heyətinin üzvləri qarşılayıb. Görüş zamanı Azərbaycan və Türkiyə iş adamları təqdimatlarla çıxış edərək birgə investisiya sahələrini, strateji layihələri və əməkdaşlıq modellərini müzakirə ediblər.
Azərbaycanda səfərdə olan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Mersin şöbəsinin sədri Mehmet Sait Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra rəsmi və institusional görüşlər keçirib.
8-ci UID Genel Başkanı Kenan Aslan və onun rəhbərlik etdiyi heyət, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli ilə görüşüb.
MÜSİAD İdarə Heyətinin üzvü Altuğ Karataş və “MÜSİAD İnvest”in sədri Serhat Kısakürek MÜSİAD Azərbaycan mərkəzini ziyarət edib.
Türkiyənin iş təşkilatı MÜSİAD-ın qadın strukturu tərəfindən bu il ikinci dəfə təşkil edilən Beynəlxalq Maarifləndirmə Zirvəsi insani dəyərlərə həsr olunub.