#Azərbaycan Yaxın Şərqdə hansı diplomatik modeli tətbiq edir?

Azərbaycan Fələstin və Suriya ilə diplomatik münasibətlərini rəsmi səfərlər, beynəlxalq platformalarda ardıcıl mövqe və humanitar təşəbbüslər vasitəsilə gücləndirir. Bəziləri Azərbaycanın Yaxın Şərq siyasətinin olmadığı düşüncəsində olsalar da, əslində bu belə deyil. Azərbaycan iddia olunanların əksinə olaraq, İsrail, İran və Türkiyədən asılı olmayan müstəqil Yaxın Şərq siyasəti yürütməkdədir. Təbii ki, Bakının rəsmi Yaxın Şərq siyasətində adı sadalanan ölkələrlə, xüsusən də Türkiyə ilə siyasi məsləhətləşmələri var.