Paytaxt Karakasda Milli Assambleyada çıxış edən Maduro ABŞ-ın planlarını “cinayətkar və qanunsuz” adlandırıb. Onun sözlərinə görə, Vaşinqtonun Venesuelaya qarşı hərəkətləri beynəlxalq hüquqa ziddir və suveren dövlətə qarşı güc tətbiqi qadağasını pozur. Dəstək göstərən ölkələrə təşəkkür edən Maduro bildirib ki, ABŞ-ın Cənubi Amerikada silahlı qarşıdurma yaratmaq cəhdləri qəbulolunmazdır. “Venesuela yenidən qalib gələcək, yenidən sülh, sabitlik və inkişaf əldə edəcək. Allah bizimlədir, çünki Allah cəsurların və ədalətlilərin yanındadır”, – deyə dövlət başçısı vurğulayıb. Maduro həmçinin ABŞ-ın bir çox ölkələrdə hərbi müdaxilə cəhdlərinin uğursuzluqla nəticələndiyini xatırladaraq, eyni ssenarinin Venesuelada da nəticə verməyəcəyini bildirib.
#Nikolas Maduro
Venesuela prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən hərbi mərasimdə çıxış edərək, ölkəsinin xarici təhdidlərə boyun əyməyəcəyini bildirib. Dövlət başçısı şənbə və ya bazar günü "Milli Suverenlik və Sülh Planı" çərçivəsində milli səfərbərlik elan edəcəyini açıqlayıb. Maduro bütün milis qüvvələrini, ehtiyatda olan əsgərləri və könüllü vətəndaşları orduya qoşulmağa çağıraraq, “Venesuela sülh istəyir, lakin ölkəmizi müdafiə etməyə də tam hazırdır” - deyə bildirib. Prezident həmçinin “Cuadrantes de Paz” (Sülh meydanları) təşəbbüsü ilə təhlükəsizlik qüvvələrinin 5336 bölgədə yerləşdirildiyini vurğulayıb. Maduro çıxışında ABŞ-ı imperialist siyasətdə günahlandıraraq, Venesuelanın bütün təzyiqlərə qarşı müqavimət göstərəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın bölgədə artan hərbi varlığına qarşı milli müdafiə tədbirləri gücləndiriləcək.
ABŞ-ın baş prokuroru Pam Bondi sosial şəbəkədə yayımlanan videomüraciətində Maduronu mütəşəkkil cinayətkar qruplaşmalarla əməkdaşlıqda ittiham edib. Dövlət Departamenti bildirib ki, Vaşinqton bundan əvvəl Maduro ilə bağlı məlumat üçün 25 milyon dollar mükafat təklif edirdi. Qeyd edək ki, Nikolas Maduro 2013-cü ildən Venesuela prezidentidir və ABŞ administrasiyası uzun müddətdir onu korrupsiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar ittiham edir.