BAKI, VOA
Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kintero Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
VOA xəbər verir ki, məktubda Panama dövlət başçısı Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə, Azərbaycan xalqına və dövlətinə səmimi təbriklərini çatdırıb.
Xose Raul Mulino Kintero Azərbaycan xalqına davamlı rifah, tərəqqi və uğurlar arzuladığını bildirib.
Məktubda qeyd olunub ki, Panama ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü qeyd olunur və bu münasibətlər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır.
Panama Prezidenti iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi istiqamətində səmimi niyyətlərini ifadə edib.
O, həmçinin Panama və Azərbaycanın sülhə, sabitliyə və inkişafa sadiqliyini bir daha vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə ümid etdiyini bildirib.