Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski arasında gözlənilən görüş baş tutmasa, Moskva əlavə sanksiyalarla üzləşə bilər. Merts bu açıqlamanı Kanadanın baş naziri Mark Karni ilə birgə keçirdiyi mətbuat konfransında verib.
#Vladimir Putin
Rusiya Ukrayna münaqişəsinin həlli üzrə aparılan danışıqlarda çeviklik nümayiş etdirir, ABŞ isə prosesi vicdanla aparır. Bu sözləri ABŞ-ın vitse-prezidenti Cey Di Vens "NBC News" telekanalına müsahibəsində səsləndirib.
Ukrayna Prezidenti Volodimir Zelenski sülhün təmin olunması məsələsində Rusiyaya güzəştə getmək istəmədiyini bildirib. O, Ukraynanın Müstəqillik Günü münasibətilə yayımladığı videomüraciətində qeyd edib ki, Ukrayna bir daha heç vaxt “kompromisə məcbur edilməyəcək”.
ABŞ prezidenti Donald Tramp bildirib ki, iki həftə ərzində Ukrayna münaqişəsi ilə bağlı ya yeni sanksiyalar və rüsumlar tətbiq edə, ya da ümumiyyətlə heç bir addım atmaya bilər. Trampdan ABŞ-ın iki həftə sonra Rusiyaya və Ukraynadakı münaqişəyə yanaşmasını dəyişməyə hazır olub-olmaması barədə sual veriləndə, o cavabında gələcək addımlar barədə qərar qəbul edəcəyini bildirib. “Bu, çox mühüm qərar olacaq: ya ciddi sanksiyalar tətbiq ediləcək, ya rüsumlar, ya hər ikisi, yaxud da ümumiyyətlə heç nə etməyəcəyik və deyəcəyik ki, ‘bu, sizin müharibənizdir’,” – deyə, ABŞ prezidenti vurğulayıb.
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin mümkün görüşündə iştirak etməyi zəruri hesab etmədiyini bildirib. Bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. AzerVoice xəbər verir ki, məktubda deyilir: "Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Trampın sözçüsü Kerolin Levitt isə bildirib ki, ABŞ təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynanı havadan dəstəkləyə bilər. Onun sözlərinə görə, yüksək dəqiqlikli görüntülərin əldə edilməsi üçün ABŞ pilotlarının patrul uçuşları istisna olunmur, lakin əsas diqqət pilotsuz uçuş aparatlarına yönəlib.
Ukrayna lideri görüş üçün məkan kimi bir neçə ölkəni nəzərdən keçirdiyini qeyd edib. Onun sözlərinə görə, Türkiyə bu baxımdan əsas variantlardan biridir. Eyni zamanda İsveçrə və Avstriya da görüşün keçirilə biləcəyi ölkələr sırasında göstərilib.
Son vaxtlar ABŞ-la Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı baş tutan təmaslar müasir zorakı diplomatiyanın bütün ziddiyyətlərini açıq şəkildə göstərdi. Formal baxımdan bu danışıqlar tamamilə uğursuz oldu: nə konkret sənədləşmiş razılaşma əldə edildi, nə də Kiyevin iştirakı ilə üçtərəfli sammit formatı quruldu. Amma digər tərəfdən, Qərbin artan sanksiya və iqtisadi təzyiqi fonunda bu cəhdlərin özü belə Kremlin maksimalist mövqelərdən geri çəkilməsinə gətirib çıxardı.
Estoniyanın baş naziri Kristen Mixal Ukraynaya “istəklilər koalisiyası” çərçivəsində hərbi kontingent göndərməyə hazır olduqlarını bəyan edib. Mixal bu barədə "Postimees" qəzetinə açıqlama verib. “Estoniya Ukraynaya bir rota hərbçi göndərməyə və bu ölkəyə dəstək göstərməyə hazırdır”, – deyə baş nazir vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Telefon danışığında ikitərəfli münasibətlər də diqqət mərkəzində olub. Tərəflər Rusiya və Türkiyə arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
ABŞ prezidenti Donald Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə Avropa ölkələrinin rəhbərlik etdiyi “Çoxmillətli Ukrayna” koalisiyası üçün “NATO-ya bənzər təhlükəsizlik zəmanətləri” hazırlamağı tapşırıb. “The Wall Street Journal”ın məlumatına görə, bu tapşırıq Trampın avqustun 15-də Rusiya prezidenti Vladimir Putinlə nəticəsiz görüşündən sonra verilib. Rəsmilər bildiriblər ki, Keyn bu tapşırığı Böyük Britaniya, Fransa və Almaniyanın rəhbərlik etdiyi koalisiyanın təhlükəsizlik mexanizmlərini qurmaq üçün alıb. Tramp Fox News-a verdiyi müsahibədə Avropa liderlərinin ABŞ-dan daha çox müharibəyə cəlb olunduğunu qeyd edərək, “Bu bir növ təhlükəsizlik olacaq, lakin bu NATO ola bilməz; heç vaxt olmayacaq”- deyə bildirib.