ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə növbəti görüşü Macarıstanda baş tutacaq.
#Vladimir Putin
Suriya Prezidenti Əhməd əş-Şəraa Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Kremlin sarayında görüş keçirib. Rusiya Prezidenti Vladimir Putin görüş zamanı bildirib ki, Moskva ilə Dəməşq arasında münasibətlər Sovet dövründən bəri qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykənir.
Rusiya və Suriya tərəflərinin, Bəşər Əsəd rejiminin devrilməsindən sonra, qarşılıqlı münasibətləri yeni əsaslar üzərində qurmağa hazır olduqlarını göstərən müsbət siqnallar ardıcıl şəkildə gəlməkdədir. Son aylarda diplomatik, iqtisadi və hərbi sahələrdə nəzərəçarpacaq canlanma müşahidə olunub; bu proses görüşlər, səfərlər və həvəsləndirici bəyanatlarla müşayiət edilir. Ərəb-Rusiya sammitinin bu ayın ortalarına planlaşdırılmış iclasının təxirə salınması fonunda, Rusiya xarici işlər naziri Sergey Lavrov ötən cümə axşamı televiziya müsahibəsində bildirdi ki, Moskva Suriyanın ərazi bütövlüyünü dəstəkləyir, lakin eyni zamanda ayrılma meyillərinin doğura biləcəyi ciddi təhlükələr barədə xəbərdarlıq edir.
Suriya Prezidenti Əhməd əş-Şəra Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşəcək. Danışıqlarda regional və beynəlxalq məsələlər, həmçinin Dəməşq və Moskva arasında əməkdaşlıq imkanları müzakirə ediləcək. Şəraa səfər çərçivəsində Rusiyanın Tartusdakı dəniz bazasının və Hmeymimdəki hərbi hava bazasının gələcək statusunu da müzakirə edəcək.
Ümumilikdə AZAL təyyarəsinin qəzası ilə bağlı vəziyyət aydındır. Bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasının yekunlarına dair keçirdiyi brifinqdə deyib.
Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib.
Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir.
Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlayıb.
Xəbər verdiyimiz kimi, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimr Putin arasında görüş keçirilir. Trend xəbər verir ki, görüş zamanı Vladimr Putin "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığını çatdırıb . Qeyd olunub ki, baş vermiş hadisə üzrə araşdırma davam edir və yaxın vaxtda başa çatacaq.
Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına hər cür kömək göstərir.
Böyük Britaniyanın müdafiə naziri Con Hili Ukrayna müharibəsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə mesaj ünvanlayıb. Onun sözlərinə görə, London müharibə davam etdiyi müddətdə Kiyevə dəstəyini gücləndirərək davam etdirəcək.