#Müdafiə sənayesində yeni dövr: KIZILELMA tarixi imza atdı

Türkiyənin pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA yeni elektron müharibə qabiliyyəti ilə təchiz edilib. Platformaya inteqrasiya olunan ASELSAN FEWS-U Elektron Müharibə Süiti ilk uçuş sınağını uğurla başa vurub. Məlumata görə, FEWS-U sistemi “360 dərəcə əhatə dairəsi”, “yüksək dəqiqliklə təhdid istiqamətinin müəyyən edilməsi” və “sürətli təhdid aşkarlanması və diaqnostikası” imkanlarına malikdir. Sistem insansız hava platformalarının müasir hava döyüş mühitində sağqalma qabiliyyətini və əməliyyat effektivliyini artırmaq üçün hazırlanıb.

Türk Hava Qüvvələri 1911-ci ildə qurulduğu gündən bəri təyyarə ehtiyacını əsasən xarici ölkələr hesabına qarşılasa da, 2026-cı il bu asılılığın bitdiyi və milli layihələrin inventara daxil olduğu tarixi bir dönəm olacaq. KAAN, KIZILELMA və ANKA-3 kimi nəhəng layihələr Türkiyənin hava gücünü həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mərhələyə daşıyır.