#Ərdoğan: KIZILELMA dünya aviasiyasında tarixi dönüş yaratdı

Türk Hava Qüvvələri 1911-ci ildə qurulduğu gündən bəri təyyarə ehtiyacını əsasən xarici ölkələr hesabına qarşılasa da, 2026-cı il bu asılılığın bitdiyi və milli layihələrin inventara daxil olduğu tarixi bir dönəm olacaq. KAAN, KIZILELMA və ANKA-3 kimi nəhəng layihələr Türkiyənin hava gücünü həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mərhələyə daşıyır.